satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstana avtomobillə buğda gətirmək qadağan edilib

Qazaxıstana avtomobillə buğda gətirmək qadağan edilib

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi yarım il müddətinə ölkəyə avtomobil nəqliyyatı ilə buğda gətirməyi qadağan edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə qərar Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qəbul olunub.

Nazirlik müvafiq qərarı son zamanlar qanunsuz taxıl idxalı ilə bağlı yerli buğda və un bazarında yaranan cari vəziyyətin diktə etdiyini bildirib. Ekspertlərin sözlərinə görə, Qazaxıstanda qanunsuz taxıl idxalı il ərzində 1,5-2 milyon tona çatır, bunun dövlətə vurduğu zərər isə 500 milyon dollar həcmində qiymətləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM