satellite   Azerspace-1: 11135 H 30000

Myanmada hava zərbəsi 100-ə yaxın insanın ölümünə səbəb olub

Myanmada hava zərbəsi 100-ə yaxın insanın ölümünə səbəb olub

Myanma hərbçilərinin ölkənin şimalındakı Sikayn bölgəsindəki bir kəndə endirdiyi hava zərbələri nəticəsində 100-ə yaxın insan həlak olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bu zərbələr hakimiyyət əleyhdarları tərəfindən təşkil edilən mərasim iştirakçılarına endirilib.

Məlumatlara görə, ölənlər arasında çoxlu sayda uşaq da var. İlkin məlumatlarda ölənlərin sayının 50-yə yaxın olduğu bildirilsə də, lakin sonradan müxalifətyönümlü medianın yaydığı hesablamalara görə bu rəqəm 100-ə çatıb.

Təyyarənin səhər saatlarında müxalifət hərəkatının yerli ofisinin açılışına toplaşan izdihamın üzərinə bombalar atdığı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM