satellite   Azerspace-1: 11135 H 30000

Fransa Prezidenti Niderlandda etirazlarla üzləşib

Fransa Prezidenti Niderlandda etirazlarla üzləşib

Hollandiyada rəsmi səfərdə olan Fransa Prezidenti Avropada yaşıl sənaye ilə bağlı çıxışına başlayanda nümayişçilər iki pankart açaraq onun siyasətinə etiraz ediblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Niderlandda da etirazlarla üzləşib.

Niderlanda səfəri çərçivəsində Nexus Tədqiqat İnstitutunda çıxış etməyə hazırlaşan Fransız prezidentinin sözü ağzında qalıb. Belə ki, nümayişçilər üzərində “Zorakılıq və ikiüzlülük prezidenti”, “Fransa demokratiyası haradadır?” şüarları yazılmış pankartlar açaraq, İqlim konvensiyasının kənara qoyulduğunu və onun ikiüzlülük etdiyini bildiriblər.

“Küçələrdə milyonlarla nümayişçiləriniz var”,- deyə etirazçılar ilin əvvəlindən Fransa hökumətinin pensiya islahatı ilə bağlı üzləşdiyi problemi xatırladıblar. Nümayişçilər yerli polis tərəfindən uzaqlaşdırılıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM