satellite   Azerspace-1: 11135 H 30000

Martın 12-də buraxılış imtahanı vermiş şagirdlər test tapşırıqlarının izahı ilə tanış ola bilər

Martın 12-də buraxılış imtahanı vermiş şagirdlər test tapşırıqlarının izahı ilə tanış ola bilər

Dövlət İmtahan Mərkəzi (DİM) martın 12-də buraxılış imtahanında istifadə olunmuş test tapşırıqlarının izahını təqdim edib.

DİM-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahı və onların dövlət standartları, eləcə də tədris proqramına uyğunluğu ilə tanış ola bilərlər.

DİM-in saytında yerləşdirilmiş cədvəllərdə siniflər üzrə fənn kurikulumu altstandartlarının ümumi sayı, 11-ci sinif buraxılış imtahanlarında yoxlanıla bilən altstandartların sayı və faktiki imtahanda yoxlanılan altstandartların sayı göstərilib.

Təqdim olunan izahlarda isə hər bir tapşırığın konkret olaraq hansı standartı yoxlamağa xidmət etdiyini görmək olar.

Martın 12-də keçirilmiş imtahanların nəticələrinin növbəti həftə ərzində elan olunması nəzərdə tutulur. Hər bir şagird öz səhifəsinə daxil olub imtahan nəticəsi, yazdıqları cavablar, həmçinin yazılı cavab tələb edən tapşırıqlar üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola biləcək.

QEYD: Martın 5-də keçirilmiş buraxılış imtahanında istifadə olunan test tapşırıqlarının izahı və standartlara uyğunluğu ötən həftə təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM