satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Milli Elmlər Akademiyasına yeni rəhbər təyin edilib

Qazaxıstan Milli Elmlər Akademiyasına yeni rəhbər təyin edilib

Yeni tipli koronavirusa (COVID-19) qarşı “QazVac” adlı Qazaxıstan vaksinini yaratmış Kunsulu Zakarya Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti təyin edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Qazaxıstan dövlət başçısının saytına istinadla xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev aprelin 12-də müvafiq sərəncam imzalayıb.

Kunsulu Zakarya biologiya elmləri doktoru, professor, Elm və texnika sahəsində əl-Fərabi adına Dövlət Mükafatı laureatı, Təbiət Elmləri Akademiyasının üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Yeni tipli koronavirusa (COVID-19) qarşı “QazVac” adlı Qazaxıstan vaksininin müəllifidir. O, bioloji təhlükəsizlik, biotexnologiya və mikrobiologiya sahəsində tanınmış mütəxəssisdir. Yeni təyinata qədər “QazBioPharm Milli Holdinqi” səhmdar cəmiyyətinin baş direktoru olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM