satellite   Azerspace-1: 11135 H 30000

Qərbi Balkan ölkələri üzrə iqtisadi artım proqnozları yenilənib

Qərbi Balkan ölkələri üzrə iqtisadi artım proqnozları yenilənib

Beynəlxalq Valyuta Fondu (BVF) Qərbi Balkan regionu ölkələrinin 2023-cü il üzrə iqtisadi artım proqnozlarını açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, BVF-yə görə, cari ildə Serbiya ilə Bosniya və Herseqovinada 2 faiz iqtisadi artım gözlənilir.

Monteneqroda iqtisadiyyatın 3,2 faiz, Şimali Makedoniyada 1,4 faiz, Albaniyada 2,2 faiz və Kosovoda isə 3,5 faiz artacağı proqnozlaşdırılır.

Hesabatda dünya iqtisadiyyatında “yumşaq eniş” olacağı ilə bağlı 2023-cü ilin əvvəlindəki qeyri-müəyyən gözləntilərin davamlı artan inflyasiya və maliyyə sektorundakı son təlatümlər fonunda azaldığı bildirilib. Cari ildə qlobal iqtisadi artımın 2,8 faiz, 2024-cü ildə isə 3 faiz olacağı nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM