satellite   Azerspace-1: 11135 H 30000

Floridada daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib

Floridada daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis leysan yağışların törətdiyi daşqınlar səbəbindən Brauard dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, Brauard dairəsində yerləşən Fort-Loderdeyl şəhəri daşqından daha çox zərər çəkib. Şəhərdə evlər su altında qalıb, yollar bağlanıb. Yerli aeroport cümə günündən tez işləməyəcək.

Ötən 24 saat ərzində Floridada bəzi ərazilərə 600 mm-dən çox yağış düşüb.

Ştatın meteoroloji xidməti əhalini səyahətə çıxmamağa və hündür yerlərdə sığınmağa çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM