satellite   Azerspace-1: 11135 H 30000

KİV: Suriyada PUA zərbəsi nəticəsində YPG liderlərindən biri zərərsizləşdirilib

KİV: Suriyada PUA zərbəsi nəticəsində YPG liderlərindən biri zərərsizləşdirilib

Suriyanın Türkiyə ilə sərhəd bölgəsində Türkiyəyə məxsus pilotsuz uçuş aparatı Qamışlı şəhəri yaxınlığında hərəkət edən avtomobilə zərbə endirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Suriyanın müxalif mediası məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində nəqliyyat vasitəsində YPG terror təşkilatının liderlərindən sayılan şəxs ölüb, daha bir neçə nəfər isə yaralanıb.

Qeyd edək ki, YPG terror təşkilatı Suriyada fəaliyyət göstərir. Türkiyə qruplaşmanı PKK terror təşkilatının Suriya uzantısı hesab edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM