satellite   Azerspace-1: 11135 H 30000

“Apple” Hindistanda ilk flaqman mağazasını açıb

“Apple” Hindistanda ilk flaqman mağazasını açıb

ABŞ-nin “Apple” kompaniyası Hindistanda ilk flaqman mağazasını açıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Associated Press agentliyinə istinadla xəbər verir ki, sahəsi iki min kvadratmetrə yaxın olan mağaza Mumbay şəhərində yerləşir. Daha bir mağaza isə aprelin 20-də Dehlidə açılacaq.

“Apple” kompaniyası Hindistanda 25 ildən artıq fəaliyyət göstərdiyinə baxmayaraq, indiyə qədər öz məhsullarını orada riteylerlər vasitəsilə satıb. Flaqman mağazasının açılışı isə tənzimləyici faktorlar və koronavirus pandemiyası səbəbindən uzun müddət idi ki, təxirə salınırdı.

“Counterpoint” tədqiqat mərkəzinin məlumatına görə, 2020-2022-ci illərdə “Apple” kompaniyasının Hindistanın smartfon bazarındakı payı 2 faizdən 4 faizə qalxıb. Bu ölkədə hər il 13 milyon ədəd və ya dünya üzrə “iPhone” buraxılışının 6 faizi istehsal olunur. Kompaniya yaxın beş ildə Hindistanda ümumi istehsalat həcmini 25 faizə çatdırmağı planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM