satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada son sutkada İran istehsalı 21 ədəd “Şahid” zərərsizləşdirilib

Ukraynada son sutkada İran istehsalı 21 ədəd “Şahid” zərərsizləşdirilib

Ötən sutka ərzində Rusiya ordusu 26 ədəd “Şahid” dronundan istifadə edib. Onlardan 21-i məhv edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin gündəlik xülasəsində qeyd olunub.

Bildirilib ki, quruda Ukrayna hərbçiləri qarşı tərəfin 55-dən çox hücumunu dəf edib.

Qeyd olunub ki, Baxmut istiqamətində Baxmut və Xromovo uğrunda ağır döyüşlər davam edir.

Avdeyevka istiqamətində Rusiya tərəfindən Avdeevka, Vodyanı və Pervomayski ərazilərinə irəliləmək cəhdləri olub.

Maryinka istiqamətində Maryinka və Pobeda ərazilərinə çoxsaylı hücumlar edilib.

Şaxtyorsk istiqamətində Uqledara tərəf həmlələr gerçəkləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM