satellite   Azerspace-1: 11135 H 30000

Türkiyəli nazir: “2023-cü il oktyabrın 29-da dağlarda 1 nəfər də terrorçu qalmayacaq”

Türkiyəli nazir: “2023-cü il oktyabrın 29-da dağlarda 1 nəfər də terrorçu qalmayacaq”

“2023-cü il oktyabrın 29-da dağlarda 1 nəfər də terrorçu qalmayacaq”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “İhlas”a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Gaziosmanpaşa rayonunda çıxışı zamanı deyib.

O bildirib ki, bəzi güclər Türkiyənin cənubunda terror dövləti qurmaq istəyirlər: “Terror təşkilatları insanlarımıza zülm edirlər. Biz terrorla mübarizəni uğurla davam etdirəcəyik. Söz verirəm ki, oktyabrın 29-na qədər dağlarda terrorçu qalmayacaq”.

Nazirin sözlərinə görə, Türkiyədə keçiriləcək Prezident seçkilərinə qədər - qarşıdakı on yeddi gün ərzində çox çalışmaq lazımdır: “On yeddi gün ərzində Türkiyənin 21 il ərzində nələri həyata keçirdiyini göstərməliyik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM