satellite   Azerspace-1: 11135 H 30000

ABŞ hipersəs və strateji silah tədarükü zəncirlərini gücləndirir

ABŞ hipersəs və strateji silah tədarükü zəncirlərini gücləndirir

ABŞ Müdafiə Nazirliyi hipersəs və strateji sistemlərdə təchizat zəncirlərini gücləndirmək üçün üç şirkətlə müqavilə imzalayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Pentaqonun məlumatında qeyd olunub.

"Müdafiə katibinin sənaye bazası üzrə köməkçi ofisi hipersəs və strateji sistemlərdə təchizat zəncirlərini gücləndirmək üçün üç müqavilənin imzalandığını elan etdi. Vəsaitlər General Electric, Carbon-Carbon Advanced Technologies və Northrop Grumman şirkətlərinə ayrıldı”, - sənəddə deyilir.

General Electric 7,96 milyon dollarlıq müqaviləyə əsasən, üç il üç ay ərzində yüksək temperaturlu və ultra yüksək temperaturlu kompozit materialların istehsalını artırmaq üçün əsas avadanlıqları təkmilləşdirəcək. Carbon-Carbon Advanced Technologies və Northrop Grumman isə müvafiq olaraq 7,57 milyon və 9,43 milyon dollarlıq müqavilələrə əsasən, müdafiə və aerokosmik sahələrdə prioritet əhəmiyyət kəsb edən ultra yüksək temperatur və karbon materiallar sahəsində istehsalı artıracaqlar.

“Müdafiə Nazirliyi milli təhlükəsizliyimiz və strateji maraqlarımız üçün əsas olan sənaye sektorlarını dəstəkləmək üçün Prezident tərəfindən müəyyən edilmiş strateji hədəflər üzərində işləməyə davam edir. Bayden administrasiyası Amerikanın milli təhlükəsizliyi üçün hipersəs texnologiyalarını təmin etməyi vacib sayır”, - sənəddə qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM