satellite   Azerspace-1: 11135 H 30000

İtaliya “ChatGPT” çatbotuna əlçatanlığa qoyulan məhdudiyyəti ləğv edib

İtaliya “ChatGPT” çatbotuna əlçatanlığa qoyulan məhdudiyyəti ləğv edib

İtaliyada “ChatGPT” süni intellekt çatbotuna daxil olmağa tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İtaliyanın Məlumatların Mühafizəsi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, “ChatGPT” İtaliyadakı istifadəçilər üçün yenidən əlçatandır.

Xatırladaq ki, agentlik istifadəçilərin şəxsi məlumatlarının toplanması qaydalarını pozduğu ilə bağlı şübhələrin yaranması səbəbindən mərkəzi ofisi ABŞ-də yerləşən “OpenAI” şirkətinin “ChatGPT” süni intellekt çatbotuna girişi martın 31-də müvəqqəti olaraq dayandırmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM