satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Rusiya ilə müharibə onilliklərlə davam edə bilər

Zelenski: Rusiya ilə müharibə onilliklərlə davam edə bilər

Müharibə illərlə, hətta onilliklərlə davam edə bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyanın “Yleisradio Oy” (YLE) radiosuna müsahibəsində deyib.

Zelenski ordunun əks-hücum əməliyyatlarına hazırlığını şərh edərkən vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrindəki silahların sayı əhəmiyyət kəsb edir:

“Eyni zamanda işğalçılar ruh yüksəkliyini itirir və geri çəkilmənin nəticələrindən qorxurlar”.

Zelenski müharibədə uğur qazanacaqlarına ümid etməsinə baxmayaraq, müharibənin illərlə, hətta onilliklərlə də davam edə biləcəyi barədə xəbərdarlıq edib:

“Hazırda Ukraynaya digər ölkələrin dəstək verməsi Üçüncü Dünya Müharibəsinin başlama risklərinin artmasından daha ucuz başa gəlir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM