satellite   Azerspace-1: 11135 H 30000

Sudanda toqquşmalarda ölənlərin sayı 528-ə çatıb

Sudanda toqquşmalarda ölənlərin sayı 528-ə çatıb

Sudan Səhiyyə Nazirliyi aprelin ortalarından bu yana ordu ilə Xüsusi Təyinatlı Qüvvələr arasında baş verən qarşıdurmalarda həyatını itirənlərin sayının 528-ə, yaralı sayının isə 4599-a yüksəldiyini açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, nazirlikdən verilən açıqlamada qarşıdurmalarda ölkənin 12 əyalətinin zərər çəkdiyi qeyd olunur.

Sudanda beşinci dəfə elan olunan atəşkəsin ikinci günündə tərəflər arasında qarşıdurma davam edib.

Paytaxtda Prezident Sarayı və Ordu Baş Komandanlığı ətrafında toqquşmalar şiddətləndiyi halda, cənub tərəfdə atəşkəs pozulur.

Xartumun bir çox məhəllələrindən qarşıdurma səsləri eşidilir.

Bu gün səhər saatlarında başlayan qarşıdurma axşam saatlarında da davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM