satellite   Azerspace-1: 11135 H 30000

Danimarka hökuməti Ukraynanın bərpası üçün bir milyard avro ayıracaq

Danimarka hökuməti Ukraynanın bərpası üçün bir milyard avro ayıracaq

Danimarka müharibədən zərər çəkmiş Ukraynanın bərpası üçün bir milyard avro ayıracaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Danimarka mətbuatına istinadən xəbər verir ki, ölkə hökumətinin müvafiq proqramının əsas məqsədi Ukraynanın bərpasına kömək etməkdən ibarətdir.

Ukraynaya səfəri əsnasında Danimarkanın İqtisadiyyat naziri Troels Lund Poulsen deyib: “Nikolayev şəhərinin bərpası bu proqramın əsas diqqət mərkəzində olacaq”.

Danimarkanın iqtisadiyyat nazirinin sözlərinə görə, ölkəsi azad dünya ölkələri ilə yanaşı, Ukraynanın da azadlıq mübarizəsini dəstəkləməyə davam edir. "Bu səbəbdən biz ukraynalılara hərbi texnika, maliyyə və onların mübarizəsini dəstəkləmək üçün təlimlə dəstək verməyə davam edəcəyik", - deyərək Poulsen bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM