satellite   Azerspace-1: 11135 H 30000

Avropa Komissiyasından xəbərdarlıq: Sudandakı böhranın qonşu ölkələrə yayılma riski realdır

Avropa Komissiyasından xəbərdarlıq: Sudandakı böhranın qonşu ölkələrə yayılma riski realdır

Avropa Komissiyası Sudandakı iğtişaşların qonşu ölkələrə yayıla biləcəyi barədə xəbərdarlıq edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə böhranların idarə edilməsi üzrə Avropa komissarı Janez Lenarçiç bildirib.

“Böhranın bölgədəki qonşu ölkələrə yayılma riski realdır. Sudandan başqa, vəziyyətin “son dərəcə kövrək” olduğu başqa dövlətlər də var. Nəticələr fəlakətli olacaq. Bunu heç kim istəyə bilməz - ona görə də birinci vəzifə qarşı-qarşıya duran tərəfləri sakitləşdirməkdir”, - deyə Avropa komissarı qeyd edib.

Onun sözlərinə görə, ölkə daxilində yüzlərlə humanitar proqram dayandırılıb, anbarlar talan edilib və nəqliyyat vasitələri məhv edilib. J.Lenarçikin qeyd etdiyi kimi, bunun üçün məsuliyyət yalnız iki qarşı tərəfin üzərinə düşür.

Avropa komissarı tərəfləri davamlı, uzunmüddətli atəşkəsə və beynəlxalq hüquqa hörmət etməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM