satellite   Azerspace-1: 11135 H 30000

Ekvadorda silahlı hücum nəticəsində 10 nəfər ölüb, xəsarət alanlar var

Ekvadorda silahlı hücum nəticəsində 10 nəfər ölüb, xəsarət alanlar var

Naməlum cinayətkarların Ekvadorun qərbindəki Quayakuil şəhərində avtomobil təmiri sexinə hücumu zamanı 10 nəfər həlak olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Clarin” qəzetinə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından jurnalistlərə bildiriblər ki, hadisə zamanı ümumilikdə 10 nəfər ölüb, bir yaralı var. “Hazırda istintaq bölmələrimiz cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirir”, - polis tviterdəki hesabında bildirib.

İlkin məlumata görə, cinayətkarlar sexdə futbol matçına baxan bir qrup şəxsi güllələyiblər.

Bəzi mətbu orqanlar hadisə zamanı 5 nəfərin yaralandığını xəbər veriblər.

Quayakuil artan cinayət halları ilə əlaqədar keçən ilin avqust ayından şəhərdə fövqəladə vəziyyət rejimi hökm sürür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM