satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin Darfurdakı missiyasının ofis və anbarları qarət olunub

BMT-nin Darfurdakı missiyasının ofis və anbarları qarət olunub

BMT-nin Sudanda keçid dövrünə dəstək missiyasının Darfur regionundakı ofis və anbarları qarət olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə BMT Baş katibinin Sudan üzrə nümayəndəsi və missiyanın rəhbəri Folker Pertes Sky News telekanalına müsahibəsində deyib.

“BMT-nin Ümumdünya Ərzaq Proqramının və Qaçqınların işi üzrə Ali Komissarlığınin Darfurdakı anbarları, humanitar təşkilatların avtomobilləri, Sudanda keçid dövrünə dəstək missiyasının regionun əksər şəhərlərindəki ofisləri qarət edilib”, - deyə Folker Pertes bildirib. Onun sözlərinə görə, təkcə Ümumdünya Ərzaq Proqramının anbarlarından 4 min ton humanitar yük oğurlanıb.

Missiyanın rəhbəri, həmçinin BMT-nin Sudanda çalışan əməkdaşlarının silahlı şəxslər tərəfindən zorakılığa məruz qaldığını və yaşadıqları evlərdən qovulduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM