satellite   Azerspace-1: 11135 H 30000

Fransada etiraz aksiyaları zamanı 100-dən çox polis yaralanıb

Fransada etiraz aksiyaları zamanı 100-dən çox polis yaralanıb

Fransada Əmək Gününə həsr olunan pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyalarında 100-dən çox polis yaralanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanen bildirib.

Onun sözlərinə görə, bütün Fransada keçirilən etiraz aksiyalarında 291 nəfər saxlanılıb, onlardan 90-ı Parisdə olub.

Nazir qeyd edib ki, nümayişlərdə pilotsuz təyyarələrdən istifadə Lionda meriya binasına hücum edən aqressiv etirazçıları tez bir zamanda saxlamağa imkan verib.

Fransa Daxili İşlər Nazirliyi etirazlarda iştirak edənlərin sayını təxminən 800 min nəfər olduğunu qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM