satellite   Azerspace-1: 11135 H 30000

Mövlud Çavuşoğlu: "Türkiyə terrorla səmimi şəkildə mübarizə aparan yeganə NATO ölkəsidir"

Mövlud Çavuşoğlu: "Türkiyə terrorla səmimi şəkildə mübarizə aparan yeganə NATO ölkəsidir"

“Türkiyə terrorla səmimi şəkildə mübarizə aparan yeganə NATO ölkəsidir”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, terrorçuluq NATO-nun qarşısında iki təhdiddən biridir: "Ona görə də bütün müttəfiqlər terrorla mübarizəyə dəstək verməlidir. Biz bütün terror təşkilatlarına, o cümlədən PKK, İŞİD, YPG-yə qarşı mübarizəni uğurla davam etdirəcəyik. Biz NATO-nun fəaliyyətinə ciddi töhfə veririk. Türkiyə Alyansa güc qatır".

M.Çavuşoğlu vurğulayıb ki, Türkiyə NATO-nun ən qabaqcıl ölkələrindən biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM