satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna SQ: “Rusiya vaxtı çatanda Ukrayna torpaqlarından özü çıxacaq"

Ukrayna SQ: “Rusiya vaxtı çatanda Ukrayna torpaqlarından özü çıxacaq"

“Rusiya vaxtı çatanda Ukrayna torpaqlarından özü çıxacaq, qoşunlarımızın qarşısından qaçacaqlar. Daha sonra onlar bu tarixi əlamətdar gün kimi qeyd edəcəklər”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri mayın 9-dək (red: SSRİ-nin faşizm üzərində qələbə günü) Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirməyə çalışır. Amma biz buna imkan verməyəcəyik. Ümumiyyətlə, qarşı tərəf əlamətdar tarixlərə xüsusi önəm verir”.

Qeyd edək ki, təxminən 7 aydır Baxmutda gərgin döyüşlər gedir.

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırski daha əvvəl demişdi ki, ruslar Baxmutda tutduqları bəzi mövqelərdən geri çəkiliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM