satellite   Azerspace-1: 11135 H 30000

Fransada “bir may” iğtişaşları: 540 nəfər saxlanılıb, 406 polis yaralanıb

Fransada “bir may” iğtişaşları: 540 nəfər saxlanılıb, 406 polis yaralanıb

Fransada pensiya islahatlarına qarşı “bir may” aksiyaları zamanı baş verən iğtişaşların gedişində ən azı 540 nəfər saxlanılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu rəqəmi Fransanın daxili işlər naziri Jerald Darmanen BFM telekanalının efirində səsləndirib. Onun sözlərinə görə, iğtişaşlar nəticəsində, həmçinin 406 polis əməkdaşı və 60 etirazçı xəsarət alıb.

Fransada pensiya islahatı əleyhinə mayın 1-də keçirilən kütləvi nümayişlər bir çox şəhərlərdə iğtişaşlarla müşayiət olunub. Etirazçılar polisləri daşa basıb, onlara yandırıcı maye dolu şüşələr atıb. Təhlükəsizlik qüvvələri isə öz növbəsində nümayişçilərə qarşı gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.

Hakimiyyət orqanlarının məlumatına əsasən, “Əmək günü”nə təsadüf edən etiraz aksiyalarına 800 minə yaxın insan qatılıb. Ümumi Əmək Konfederasiyası həmkarlar ittifaqı isə nümayişlərdə iştirak edənlərin sayının 2,3 milyona çatdığını bildirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM