satellite   Azerspace-1: 11135 H 30000

Krasnodar diyarında neft məhsulları rezervuarı alışıb, dron zərbəsi olduğu iddia olunur

Krasnodar diyarında neft məhsulları rezervuarı alışıb, dron zərbəsi olduğu iddia olunur

Rusiyanın Krasnodar diyarının Taman limanı yaxınlığındakı neft məhsulları rezervuarı alışıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə regionun başçısı Viniamin Kondratyev teleqramda bildirib.

Onun sözlərinə görə, yanğına ən yüksək çətinlik dərəcəsi verilib. Region başçısı hadisə nəticəsində ölən və ya yaralananların olmadığını da vurğulayıb: “Alovun daha da yayılmasının qarşısını almaq üçün hər cür səy göstərilir. Kənd sakinləri üçün heç bir təhlükə yoxdur”.

Eyni zamanda, Rusiyanın yerli müharibə tərəfdarı teleqram kanalı “Kirill Fyodorov” alovlanmanı dron zərbəsi ilə əlaqələndirib: “02:30-da (Bakı vaxtı ilə 03:30 – red.) Ukraynaya məxsus pilotsuz uçuş aparatı Taman limanında “Tamannefteqaz” şirkətinin yanacaq çənini vurub”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM