satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada leysan yağışları fəsadlar törədib

İtaliyada leysan yağışları fəsadlar törədib

Güclü leysan yağışları İtaliyada daşqınlara və torpaq sürüşməsinə səbəb olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, ölkənin şimal-şərqindəki Emiliya-Romaniya regionunda əlverişsiz hava şəraiti bir çox şəhərdə fəsadlar törədib. Leysan yağışları nəticəsində çaylar daşıb, çox sayda evi su basıb, bəzi yollar bağlanıb. Xilasetmə qrupları yağışdan ən çox zərər görən vətəndaşların köməyinə çatıb.

Bolonyada magistral yollar və küçələr suyun altında qalıb. Genuyada güclü külək nəticəsində ağaclar avtomobillərin üzərinə və yollara aşıb. İnfrastruktura ciddi ziyan dəydiyi, insan tələfatının olmadığı bildirilib.

Siciliya adasında leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub. Bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM