satellite   Azerspace-1: 11135 H 30000

Rusiya, Ukrayna və Türkiyə nümayəndələri İstanbulda "Taxıl sazişi"ni müzakirə edəcəklər

Rusiya, Ukrayna və Türkiyə nümayəndələri İstanbulda "Taxıl sazişi"ni müzakirə edəcəklər

Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri mayın 5-də İstanbula gedəcəklər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Anadolu”ya istinadən xəbər verir ki, onlar Türkiyə müdafiə nazirinin müavininin vasitəçiliyi ilə görüşəcəklər.

Tərəflərin “Taxıl sazişi”nin perspektivini müzakirə edəcəkləri bildirilib.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Bu ilin mart ayında “Taxıl sazişi”nin müddəti növbəti dəfə iki ay uzadılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM