satellite   Azerspace-1: 11135 H 30000

Erməni kilsəsində casusluq qalmaqalı yaşanır

Erməni kilsəsində casusluq qalmaqalı yaşanır

Ermənistanda kilsədə yeni casusluq qalmaqalı baş verib. Belə ki, erməni katolikosu II Qareginin kilsə xadimlərini gizli dinlədiyi üzə çıxıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadla xəbər verir ki, II Qareginin tapşırığına əsasən, İrəvanda və başqa şəhərlərdəki kilsələrə dinləmə cihazları quraşdırılıb və kilsə xadimlərinin söhbətləri gizli şəkildə dinlənilib. Gizli dinləmə cihazı hətta Eçmiədzin (Üç kilsə) kilsəsinin yeməkxanasında da quraşdırılıb.

KİV-lər qeyd edir ki, II Qaregin Ermənistanda yaranmış vəziyyəti nəzərə alıb və vəzifəsini əlində möhkəm saxlamaq istəyir. O, hamıdan şübhələnərək özünə qarşı sui-qəsdən və çevrilişdən qorxur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM