satellite   Azerspace-1: 11135 H 30000

Serbiyada məktəbə silahlı hücum nəticəsində 9 nəfər həlak olub

Serbiyada məktəbə silahlı hücum nəticəsində 9 nəfər həlak olub

Serbiyanın paytaxtı Belqradda orta məktəbə silahlı hücum nəticəsində 9 nəfər həlak olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Daxili İşlər Nazirliyi paytaxtdakı Vladislav Ribnikar adına orta məktəbin 7-ci sinif şagirdinin mühafizəçilərə və şagirdlərə atəş açdığını, hadisə nəticəsində mühafizəçi və 8-i şagird olmaqla 9 nəfərin həlak olduğunu açıqlayıb. Beş şagirdin isə yaralandığı bildirilib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb. Atasına məxsus silahla hadisəni törədən şagirdin saxlandığı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM