satellite   Azerspace-1: 11135 H 30000

Xerson hücuma məruz qalıb, 23 nəfər ölüb, 46 nəfər yaralanıb

Xerson hücuma məruz qalıb, 23 nəfər ölüb, 46 nəfər yaralanıb

Rusiya ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Xerson hərbi vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.

Onun sözlərinə görə, şəhər ağır artilleriya, PUA və aviasiya vasitələri ilə hücuma məruz qalıb.

Nəticədə 23 nəfər həlak olub, 46 nəfər yaralanıb və bildirilib ki, xəsarət alanlardan 2-si uşaqdır.

Məlumatda qeyd edilib ki, şəhərdə mülki binalar arasında dağıntılar da olub və ümumilikdə, 84 nəfər təxliyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM