satellite   Azerspace-1: 11135 H 30000

Britaniya MN: “Kremlə hücumu Rusiya özü təşkil edib”

Britaniya MN: “Kremlə hücumu Rusiya özü təşkil edib”

“Kremlə hücumu Rusiya özü təşkil edib”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi “Sky News”a açıqlamasında deyib.

Onun sözlərinə görə, Kremlə hücum Ukraynaya nə isə qazandırmır: “Üstəlik, hər kəs bilir ki, Rusiya Prezidenti Vladimir Putin Kremldə qalmır. Yəni Kiyevin bu addımdan qazanacağı bir şey yoxdur”.

Nazirlik rəsmisi bildirib ki, Rusiyanın belə bir hücumu həyata keçirmək üçün daha çox motivləri var idi: “Rusiya bu yolla sosial birliyi təmin edir və daha təhlükəli bombardmanlara şərait yaradır”.

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM