satellite   Azerspace-1: 11135 H 30000

Serbiyada silahlı hücum: 8 ölü, 13 yaralı

Serbiyada silahlı hücum: 8 ölü, 13 yaralı

Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Mladenovaç şəhərində hərəkətdə olan avtomobildən avtomat silahdan açılan atəş nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Serbiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda təcavüzkarın əla keçirilməsi üçün “Qasırğa” adlı əməliyyata başlanıldığı və hadisəni törədən 21 yaşlı şəxsin mühasirəyə alındığı, lakin onun təslim olmayaraq atəş açmağa davam etdiyi bildirilir.

Daxili işlər naziri Bratislav Qasiç hadisəni “terror aktı” kimi qiymətləndirib.

Qeyd edək ki, Serbiyada çərşənbə günü Vladislav Ribnikar İbtidai məktəbində 7-ci sinif şagirdi tərəfindən həyata keçirilən hücumda 9 nəfər həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM