satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna SQ: "Vaqner"in Baxmutdan çıxmaq barədə qərarı daxili qarşıdurma ilə bağlıdır"

Ukrayna SQ: "Vaqner"in Baxmutdan çıxmaq barədə qərarı daxili qarşıdurma ilə bağlıdır"

“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin Donetsk vilayətinin Baxmut şəhərindən çıxmaq barədə qərarı daxili qarşıdurma ilə bağlıdır”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

O bildirib ki, Y.Priqojinin açıqlamasına baxmayaraq, Baxmuta hücumlar davam edir: “Rusiya Prezidenti Vladimir Putinin aşpazı diqqət çəkməyə çalışır. Çünki “Vaqner”ni silahları tükənir”.

S.Çerevatı söyləyib ki, “Vaqner” muzdlu hərbi təşkilatı mayın 9-na kimi Baxmutu ələ keçirmək üçün hər şeyi edir: “Rusiya Müdafiə Nazirliyi isə “Vaqner”ə onların istədiyi qədər kömək etmir”.

Qeyd edək ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin qoşunların mayın 10-da Baxmutdan çıxacağını açıqlayıb.

Xatırladaq ki, Baxmutda 7 aydan çoxdur gərgin döyüşlər gedir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM