satellite   Azerspace-1: 11135 H 30000

Hulusi Akar: "Azərbaycan-Ermənistan sərhədindəki gərginlik normallaşma prosesinə mane olur"

Hulusi Akar: "Azərbaycan-Ermənistan sərhədindəki gərginlik normallaşma prosesinə mane olur"

“Azərbaycan-Ermənistan şərti sərhədində son vaxtlar yaşanan gərginlik narahatlıq doğurur”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TRT Worl”da dərc olunan “Qafqaz regionu: sülh və barışıq üçün unikal imkan” sərlövhəli məqaləsində bildirib.

O yazıb ki, regionda vəziyyət kövrəkdir: “Sülh sazişinin imzalanmasına dair ümidlər azalmaqdadır. 2020-ci ildə imzalanan atəşkəs razılaşması ilə qızıl fürsət yarandı. Ermənistanın 30 illik işğalına son qoyuldu. Beləliklə, 1 milyon azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtmalarına şərait yarandı”.

H.Akar qeyd edib ki, şərti sərhəddəki gərginlik Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM