satellite   Azerspace-1: 11135 H 30000

​​​​​​​Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi rüşvət alarkən tutulub

​​​​​​​Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi rüşvət alarkən tutulub

Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi rüşvət alarkən tutulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Aysor”a istinadən xəbər verir ki, ölkənin Korrupsiyaya qarşı Mübarizə Komitəsi vətəndaşın müraciəti əsasında əməliyyat keçirib.

Məlumata görə, Ermənistan vətəndaşı pasport almaq üçün Silahlı Qüvvələrdə qeydiyyata düşmək istəyib. Bunun üçün ondan 150000 dram (700 manat) rüşvət istəyiblər. Nazirliyin vəzifəli şəxsi həmin vətəndaşdan göstərilən məbləği alarkən tutulub.

Komitə vətəndaşın və nazirliyin əməkdaşının adını açıqlamayıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM