satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan “Nemezis” abidəsinin açılmasını doğru saymır

Paşinyan “Nemezis” abidəsinin açılmasını doğru saymır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin paytaxtı İrəvanda “Nemezis” silsilə terror əməliyyatlarına həsr olunan abidənin açılması barədə qərarı doğru saymır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə siyasətçi “Azatutyun”a (“Azadlıq Radiosu”) müsahibəsində bildirib.

Baş nazirin sözlərinə, bu barədə qərarı hökumət yox, şəhər rəhbərliyi verib və onun həyata keçirilməsi düzgün deyil:

“Bu qərarı hökumət verməyib və demokratiyanın çatışmazlıqlarından biri odur ki, hökumət və ya hökumət başçısı heç də hər şeyə, hər kəsə nəzarət etmir. Mənim fikrimi bilmək istəyirsinizsə, o zaman hesab edirəm ki, yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub”.

Eyni zamanda hökumət başçısı bu hadisənin emosional fonda baş verdiyinə diqqət çəkib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM