satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Cənubi Koreyada qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Cənubi Koreyada qəzaya uğrayıb

ABŞ-a məxsus F-16 qırıcısı Koreya Respublikasında təlim uçuşu zamanı qəzaya uğrayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Hərbi Hava Qüvvələrinin Cənubi Koreya komandanlığına istinadən məlumat yayıb.

Qeyd edilib ki, qırıcı KXDR ilə sərhədə ən yaxın ABŞ Hərbi Hava Qüvvələri bazası olan Osan aviabazasının yaxınlığındakı kəndin ərazisinə düşüb. Pilot xəstəxanaya yerləşdirilib.

Qırıcının qəzaya uğramasının səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM