satellite   Azerspace-1: 11135 H 30000

Rusiya ordusu Avdeyevkaya raket zərbəsi endirib, ölənlər var

Rusiya ordusu Avdeyevkaya raket zərbəsi endirib, ölənlər var

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərinin mərkəzi hissəsinə havadan raket zərbəsi endirib, ölənlər var.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Avdeyevka şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş telemarafonun efirində bildirib.

İki çoxmərtəbəli bina dağılıb, nəticədə evlərdən birinin 2-ci mərtəbəsində yaşayan ailə dağıntılar altında qalıb. Ailə başçısı və həyat yoldaşı həlak olub.

Bununla yanaşı, aprelin 30-da raket hücumuna məruz qalan və dağıntılar altında qalan kommunal təsərrüfat işçisinin meyiti tapılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM