satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: “Mayın 14-də bəziləri təqaüdə yollanacaq”

Ərdoğan: “Mayın 14-də bəziləri təqaüdə yollanacaq”

“Mayın 14-də bəzilərini təqaüdə yollayacağıq. Onların kim olduğunu bilərsiniz”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə bildirib.

“İstanbul “Hə” deyərsə, bu iş bitər. İstanbul “Bəzilərini təqaüdə yollayacağıq” desə, bu iş bitər”, - dövlət başçısı bildirib.

Mitinq boyu seçkilərdəki əsas rəqibi Kamal Kılıçdaroğlunu tənqid edən Rəcəb Tayyib Ərdoğan onu terror təşkilatları ilə əlbir olmaqda suçlayıb: “Bu terror təşkilatları ilə bərabər gəzən, dolaşan Kılıçdaroğluna vətəni böldürməyəcəyik”.

Eyni zamanda, 2019-cu ildə İstanbulun meri seçilən Ekrem İmamoğlundan bəhs edən Türkiyə Prezidenti ona 2024-cü ildə baş tutacaq növbəti bələdiyyə seçkilərində “lazımi dərsin verilməsinə” işarə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM