satellite   Azerspace-1: 11135 H 30000

Slovakiya parlamenti hökuməti istefaya göndərib

Slovakiya parlamenti hökuməti istefaya göndərib

Slovakiyanın Baş naziri Eduard Heqer mayın 7-də istefa ərizəsini dövlət başçısı Zuzana Çaputovaya təqdim edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, hökumət başçısı kabinetdəki bir neçə nazirin istefasından sonra yaranmış böhrandan çıxmaq üçün təqdim etdiyi alternativ təkliflərin ölkə prezidenti tərəfindən rədd edildikdən sonra bu addımı atmalı olub.

E. Heqer bu ilin mart ayında parlamentdə ən böyük fraksiya olan “Sadə insanlar və müstəqil şəxsiyyətlər – OL´aNO” partiyasından ayrılaraq öz partiyasını yaradıb. Hələ ötən ilin sonlarından parlamentdə səs çoxluğunu itirən E. Heqer kabineti müvəqqəti olaraq hökumət vəzifələrini icra edirdi.

Z. Çaputova isə sentyabrda baş tutacaq parlament seçkilərinə kimi hökuməti işlərini aparmaq üçün “ekspertlər hökuməti”nin tərkibini müəyyənləşdirir. Müvəqqəti hökumətə Milli Bankın sədri Lüdovit Odor rəhbərlik edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM