satellite   Azerspace-1: 11135 H 30000

“The Washington Post”: İran ABŞ hərbçilərinə qarşı hücum etmək üçün Suriyaya silah göndərib

“The Washington Post”: İran ABŞ hərbçilərinə qarşı hücum etmək üçün Suriyaya silah göndərib

İran hakimiyyəti zəlzələdən sonra Amerika hərbçilərinə qarşı hücumlar həyata keçirmək üçün humanitar yardım çərçivəsində Suriyaya silah göndərib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ-dan sızdığı iddia edilən məxfi sənədlərə istinadla “The Washington Post” məlumat yayıb.

Qeyd edilib ki, Tehran Suriyaya kiçik silahlar, döyüş sursatları və pilotsuz uçuş aparatları göndərib. Sənəddə deyilir ki, bu tədarüklər İraqı tərk edən konvoylar tərəfindən həyata keçirilib.

Nəşrin məlumatına görə, silahların tədarükü zəlzələdən bir gün sonra başlayıb. İraq tərəfi “The Washington Post” qəzetinə bu məlumatları təkzib edib.

Pentaqondakı mənbə sənədlərin həqiqiliyini təsdiqləməkdən imtina edib, lakin onlarda təsvir edilən fəaliyyətlərin İslam İnqilabı Keşikçiləri Korpusunun keçmişdə etdiklərinə uyğun olduğunu iddia edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM