satellite   Azerspace-1: 11135 H 30000

Kanadada meşə yanğınları səbəbindən 30 min insan təxliyə edilib

Kanadada meşə yanğınları səbəbindən 30 min insan təxliyə edilib

Kanadanın Alberta əyalətində təbiət yanğınları 122 hektar meşə sahəsini və onlarla yaşayış evini məhv edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Euronews telekanalına istinadla xəbər verir ki, təbii fəlakət səbəbindən ştatın 30 minə yaxın sakini öz evlərini tərk etmək məcburiyyətində qalıb. Hakimiyyət orqanlarının məlumatına görə, 110-dan çox yanğın ocağının hələlik yalnız üçdəikisini nəzarət altına almaq mümkün olub.

Alberta əyalətində meşə yanğınları artıq bir neçə gündür davam edir. Mayın 6-da regionda fövqəladə vəziyyət rejimi elan olunub. Əyalətin Baş naziri Deniel Smit yanğından zərər çəkən bəzi rayonlara gedib və təxliyə olunmuş yerli sakinlərlə görüşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM