satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanı Sudana 100 milyon dollarlıq humanitar yardım edəcək

Səudiyyə Ərəbistanı Sudana 100 milyon dollarlıq humanitar yardım edəcək

Səudiyyə Ərəbistanı ordu ilə xüsusi təyinatlılar arasında toqquşmaların davam etdiyi Sudana 100 milyon dollarlıq humanitar yardım edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

Təşəbbüsün həyata keçirilməsi Humanitar Yardım və Əməliyyatlar Mərkəzinə həvalə olunub. Yardım, ilk növbədə döyüşlər səbəbindən evlərini tərk etmiş məcburi köçkünlərə veriləcək. Mərkəz həmçinin Sudanın mülki əhalisinə kömək etmək üçün onlayn xeyriyyə kampaniyasına başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM