satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiya paketi üzərində işləyir

Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiya paketi üzərində işləyir

Avropa Komissiyası ötən cümə günü Rusiyaya qarşı 11-ci sanksiya paketi üzrə təklifləri Avropa İttifaqına üzv ölkələrə göndərib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Erik Mamer jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. Lakin o, yeni sanksiyaların təfərrüatı barədə məlumat verməkdən yayınıb.

Erik Mamer, həmçinin mayın 9-da Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin Kiyevə səfər edəcəyini bildirib.

Bir müddət öncə Ursula Fon der Lyayen Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin, əsasən mövcud məhdudiyyətlərdən yayınmalara qarşı yönələcəyini deyib.

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələrinin 11-ci sanksiya paketinə dair təklifləri müzakirə etmək üçün mayın 10-da görüşəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM