satellite   Azerspace-1: 11135 H 30000

V.Putin: SSRİ xalqlarının faşizm üzərində qələbəyə verdiyi töhfələri heç zaman unutmayacağıq

V.Putin: SSRİ xalqlarının faşizm üzərində qələbəyə verdiyi töhfələri heç zaman unutmayacağıq

Moskvada, Qızıl meydanda İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə hərbi parad keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, paradda Rusiya Prezidenti Vladimir Putin ilə yanaşı, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Ermənistan rəhbərləri də iştirak ediblər.

Rusiya Prezidenti paraddakı çıxışında bildirib ki, SSRİ-nin bütün xalqları faşizm üzərində qələbəyə öz töhfələrini veriblər. “Biz bunu heç zaman unutmayacağıq”, - deyə o əlavə edib.

V.Putin deyib ki, hazırda sivilizasiya mühüm dönüş nöqtəsindədir: “Planetin əksər sakinləri kimi biz də gələcəyi sülh, azadlıq, sabitlik şəraitində görmək istəyirik. Hesab edirik ki, istənilən üstünlük ideologiyası öz təbiətinə görə iyrənc, cinayətkar və öldürücüdür”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM