satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin Sudandakı səfirliyinin əməkdaşları təxliyə olunub

Türkiyənin Sudandakı səfirliyinin əməkdaşları təxliyə olunub

"Türkiyənin Sudandakı səfirliyinin əməkdaşları, o cümlədən mühafizə işçiləri təxliyə olunub".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

O bildirib ki, bunun üçün xüsusi əməliyyat təşkil olunub: “Sudanda toqquşmalar davam edir, küçə döyüşləri gedir. Ona görə də əməkdaşlarımızı təxliyə etdik. Allah heç bir ölkəni bu vəziyyətə salmasın”.

Çavuşoğlu söyləyib ki, Türkiyə Sudanda müharibənin dayanması üçün səy göstərir.

Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb. Toqquşmalar nəticəsində indiyədək 600-ə yaxın adam ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM