satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna SQ-nin Baş Qərargahı: "Rusiyanın itkiləri 195 min nəfəri keçib"

Ukrayna SQ-nin Baş Qərargahı: "Rusiyanın itkiləri 195 min nəfəri keçib"

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 195 620 hərbçisi məhv edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı yayıb.

Bildirilib ki, son sutka ərzində 650 Rusiya hərbçisi zərərsizləşdirilib.

Qeyd edilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 7234 tank, 7 258 zirehli maşın, 2 618 operativ-taktiki PUA, 3 031 artilleriya sistemi, 307 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 5 969 avtomobil və tanker, 955 qanadlı raket, 18 gəmi və kater, 388 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM