satellite   Azerspace-1: 11135 H 30000

Britaniya “Vaqner” silahlı qrupunu terror təşkilatı kimi tanımağa hazırlaşır

Britaniya “Vaqner” silahlı qrupunu terror təşkilatı kimi tanımağa hazırlaşır

Britaniya hökuməti yaxın həftələrdə "Vaqner" silahlı qrupunu terror təşkilatı kimi tanımağa hazırlaşır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniya hakimiyyəti iki aydır Rusiyaya təzyiq göstərmək məqsədilə “Vaqner”i terror təşkilatları siyahısına salmaq üçün hüquqi əsaslar hazırlayır. “Vaqner”ə müvafiq statusun verilməsi Böyük Britaniyada təşkilata mənsub olmağı, onun təşkil etdiyi tədbirlərdə iştirakı, ona dəstəyi ifadə etməyi və ya onun simvollarını taxmağı cinayət sayır.

Bundan əlavə, silahlı qrupa qarşı maliyyə sanksiyaları tətbiq oluna bilər. Təşkilat üzvlərinə Britaniya məhkəmələrində jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı iddialar irəli sürmək qadağan edilə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM