satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Xarkova “İsgəndər” raketləri ilə zərbə endirib

Rusiya Xarkova “İsgəndər” raketləri ilə zərbə endirib

Rusiya ordusu ötən gecə Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərinə “İsgəndər” zenit-raket kompleksləri ilə zərbə endirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Xarkov Hərbi-Vilayət Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

Hücum nəticəsində 3 nəfər mülki şəxs yaralanıb, 5 yaşayış binasına ziyan dəyib.

Rusiya Silahlı Qüvvələri həmçinin, Ukraynanın Çuqevski və İzyum rayonlarının kəndlərinə də zərbələr endirib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM