satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Baş Qərargahı: “Rusiya ordusunun Baxmutdakı hücum cəhdləri uğursuz olub”

Ukrayna Baş Qərargahı: “Rusiya ordusunun Baxmutdakı hücum cəhdləri uğursuz olub”

Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri istiqamətindəki hücum cəhdləri uğursuz olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumat bülletenində bildirilib.

Həmçinin Rusiya qoşunlarının Avdivka şəhəri istiqamətində də hücumu uğursuzluğa düçar olub: “Marinka şəhəri istiqamətində də düşmənin çoxsaylı hücum cəhdlərinin qarşısı alınıb”.

Məlumata görə, Rusiya son sutkada Ukrayna ərazisinə raket sistemlərindən 53 zərbə endirib: “Mülki əhali arasında xəsarət alanlar var. Bundan başqa, fərdi yaşayış binaları, mülki infrastruktur dağılıb və zədələnib. Ötən sutka ərzində Müdafiə Qoşunlarının Hərbi Hava Qüvvələri düşmənin şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi 4 əraziyə zərbələr endirib. Müdafiəçilərimiz ötən gün ərzində düşmənin 5 müxtəlif tipli PUA-sını məhv ediblər. Raket qoşunları və artilleriya bölmələri isə 1 zenit-raket kompleksini, 2 canlı qüvvənin cəmləşdiyi ərazini, 1 yanacaq-sürtkü materialları anbarını, atəş mövqeyində olan 2 artilleriya qurğusunu, həmçinin işğalçıların radioelektron döyüş məntəqəsini vurub”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM