satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda etiraz aksiyalarında 8 nəfər ölüb, 290-ı yaralanıb

Pakistanda etiraz aksiyalarında 8 nəfər ölüb, 290-ı yaralanıb

Pakistanda keçirilən etiraz aksiyaları nəticəsində ümumilikdə 8 nəfər ölüb, 290 nəfər yaralanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yerli “Doon” nəşri məlumat yayıb .

Bildirilib ki, ölkə üzrə 2000-ə yaxın nümayişçi saxlanılıb.

Qeyd edək ki, Pakistanın keçmiş Baş naziri İmran Xan dünən, mayın 10-da həbs olunub. O, terrorçuluqda ittiham olunur. Bundan sonra keçmiş hökumət başçısının tərəfdarları etiraz aksiyası keçirməyə başlayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM